Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" - "Lion" oyununa 13 min bilet satılıb

"Qarabağ" - "Lion" oyununa 13 min  bilet  satılıb

İDMAN

199

20.11.2024, 16:39

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.