Qaynar xətt:

(+99450) 247 90 86

Kyeza “İnter”ə keçə bilər

Kyeza “İnter”ə  keçə  bilər

İDMAN

312

18.11.2024, 12:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya millisinin və İngiltərənin "Liverpul" komandasının futbolçusu Federiko Kyeza qışda ölkəsinə qayıtmağa hazırlaşır.

Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, “İnter” 27 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmağı planlaşdırır. Bu transferin təşəbbüskarı Milan təmsilçisinin prezidenti, daha əvvəl "Yuventus"da çalışmış Cüzeppe Marottadır. O, Turin klubundan yaxşı tanıdığı oyunçunun “İnter”i gücləndirəcəyini düşünür.

Bu ilin yayında "Yuventus"dan “Liverpul”a keçən F.Kyeza indiyədək cəmi üç oyunda meydana çıxıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.