Qaynar xətt:

(+99450) 247 90 86

Hakimi vuran klub prezidentinə 3 illik həbs

Hakimi vuran klub prezidentinə 3 illik həbs

İDMAN

264

11.11.2024, 12:42

Türkiyənin “Ankaragücü” klubunun keçmiş prezidenti Faruk Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.

Oxu24.com xəbər verir ki, buna səbəb onun ötən mövsüm “Çaykur Rizespor”la matçda hakim Halil Umut Meleri yumruqla vurmasıdır.

Həmin matçdan sonra istefa verən klub rəhbərinin məhkəməsi 1 il idi ki, davam edirdi. Bu gün çıxarılan hökmə əsas o, həbs edilib.