Qaynar xətt:

(+99450) 247 90 86

Fəridə Əzizova Azərbaycan yığmasının baş məşqçisi oldu

İDMAN

108

31.10.2024, 16:59

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.

Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.

Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmaya rəhbərlik Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizovaya tapşırılıb.

Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.