Qaynar xətt:

(+99450) 247 90 86

Boksçumuz dünya birinciliyində ilkə imza atdı

Boksçumuz dünya birinciliyində ilkə imza atdı

İDMAN

287

31.10.2024, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb.

OXU24.COM xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.