Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan millisi bu gün Portuqaliya ilə cavab oyununa çıxacaq

Azərbaycan millisi bu gün Portuqaliya ilə cavab oyununa çıxacaq

İDMAN

239

29.10.2024, 13:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Oxu24.com xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma Vizela şəhərində Portuqaliya seçməsinin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Görüşü niderlandlı referi Şona Şukrula idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyun rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.