Qaynar xətt:

(+99450) 247 90 86

“Mançester Yunayted”in yeni baş məşqçisi o oldu

“Mançester Yunayted”in yeni baş məşqçisi o oldu

İDMAN

238

29.10.2024, 13:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.

Oxu24.com  xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” (Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.

R.Amorim 2020-ci ilin martından "Sportinq"də işləyir.

Qeyd edək ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.