Qaynar xətt:

(+99450) 247 90 86

Keçmiş hokkeyçi evindəqətlə yetirilib

Keçmiş hokkeyçi evindəqətlə yetirilib

İDMAN

174

15.10.2024, 12:29

Finlandiyalı keçmiş hokkeyçi Yanne Puhakka güllələnərək qətlə yetirilib.

Oxu24.com  xarici mətbuata istinadən xəbər verir ki, hadisə 29 yaşlı veteran oyunçunun Espoo şəhərində yerləşən evində baş verib.

Polis qətldə Rolf Nordmo adlı baytarı şübhəli bilir. İlkin versiyaya görə, insidentə tərəflər arasında yaranmış mübahisə səbəb olub. Nəticədə Nordmo tapançanı götürərək atəş açıb. Puhakka hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Yanne Puhakka peşəkar idmançı karyerasını 2018-ci ildə başa vurub. O, ölkəsində müxtəlif komandaların formasını geyinib.