Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109840
az

AFFA üç futbolçunu 4 oyunluq cəzalandırdı

14:5324 May, 2024
50
İDMAN
  • A

AFFA-nın İntizam Komitəsi Azərbaycanın I və II Liqalarında çıxış edən üç futbolçunu 4 oyunluq cəzalandırıb.

Oxu24.com xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

I Liqanın XXVII turu çərçivəsində mayın 22-də baş tutan “Difai Ağsu” - “Zaqatala” görüşünün 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Fubolçunun bu hərəkətinə görə klub 300 manat cərimələnib.

II Liqanın XXVI turu çərçivəsində mayın 20-də baş tutan “Dinamo” - “Sheki City” qarşılaşmasında meydan sahiblərindən Şahin Əliyev, qonaqlardan isə Sərcan Omarov eyni cəzaya məruz qalıblar. Hər iki futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Həm “Sheki City”, həm də “Dinamo” klubları 300 manat cərimələnib.

İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Zirə-2” klubunun üzvü Tamerlan Burcəliyevə isə 3 oyunluq cəza verib. Buna futbolçunun XXXV turda “Kəpəz-2” ilə oyunun 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə yol verməklə meydandan qovulması səbəb olub. Komitə “Zirə-2”ni 200 manat cərimələyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AVRO-2024: Serbiya - İngiltərə oyunu başlayıb
Serbiya və İngiltərə AVRO-2024 oyunu üçün heyətlərini açıqlayıb
Mbappe: Ekstremistlər Fransada hakimiyyətin qapısındadır

Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK - FOTO

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb