Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104310
az

Bu yarış Azərbaycanda keçiriləcək

15:4613 Mart, 2024
290
İDMAN
  • A

Avropa çempionatı Azərbaycana qayıdır 
 

Oxu24.com  xəbər  verir  ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women)ev sahibliyi edəcək. Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa sahib çıxıb.

Azərbaycan dörd qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq.

 

Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.

2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək.

Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: “Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də  gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ