Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya fiqurlu konkisürmə üzrə Qran Pri yarışının keçirilməsinə icazə verilmədi

Rusiyaya fiqurlu konkisürmə üzrə Qran Pri yarışının keçirilməsinə icazə verilmədi

İDMAN

742

26.01.2024, 21:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) 2024/25 mövsümündə Dünya Qran Prisinin Rusiyada keçirilməməsinə qərar verib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

ISU Şurasının yanvarın 26-da keçirilən iclasında yeni mövsümdə Qran Pri seriyasının mərhələlərinə ABŞ, Yaponiya, Finlandiya, Kanada, Fransa və Çin ev sahibliyi edəcəyi açıqlanıb.

Sonuncu dəfə Rusiya Qran Prinin dünya mərhələsinə 2021-ci ilin noyabrında ev sahibliyi edib, yarış Soçidəki Olimpiya Parkında keçirilib.

2022-ci ilin martında ISU Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırdı. 2022/23 mövsümündə onlar daxili yarışlara (Rusiya Qran Prisinin mərhələləri və ölkə çempionatı) diqqət yetiriblər. İSU-nun 2023-cü ilin oktyabrında keçirilən iclasında Rusiya idmançılarının geri qayıtması məsələsi gündəmdə olmasına baxmayaraq, gündəmə gətirilməyib.

Daha əvvəl fiqurlu konkisürən Anastasiya Skoptsova sosial şəbəkədə qara paltarda fotosunu yerləşdirib.

 

Müəllif: Miri