Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — MƏHKƏMƏ
16 May 2025, 16:42
Qaynar xətt:
(+99450) 247 90 86HÜQUQ
941
02.12.2023, 15:57
Dekabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) və Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Oxu24.com xəbər verir ki, görüşü giriş sözü ilə açan ARVK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun və vəkil korpusunun adından salamlayaraq, Azərbaycan ilə Misir xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, bu münasibətlərin mədəni, iqtisadi və digər sahələrdə özünü göstərdiyini bildirib.
ARVK-nın beynəlxalq əlaqələrə üstünlük verdiyini deyən sədr müavini hər iki dövlətin vəkilləri arasında dostluq münasibətlərinin və sıx əlaqələrin olmasını, bu görüşün isə daimi əlaqələrin təməli olacağına ümid etdiyini ifadə edib.
Həmçinin oxuyun
O, eyni zamanda Azərbaycanda vəkilliyin tarixindən, son 6 ildə VK-nın fəaliyyəti, görülən işlərdən danışıb, ölkəmizdə vəkilliyinin yeni inkişaf mərhələsinin 2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində başladığını, həmin ildən Kollegiyanın Rəyasət Heyətində mühüm dəyişikliklərin olduğunu deyib. Diqqətə çatdırılıb ki, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı Azərbaycanda vəkilliyin inkişafının yeni mərhələsinə qədəm qoyması üçün əsas olmuşdu. Həmin Sərəncam vəkillik fəaliyyətinin bir çox sahələrini əhatə edib, gənc hüquqşünaslar vəkillik fəaliyyətinə cəlb olunub, vəkillərin sayı 3 dəfə artırılaraq 2400 nəfərə çatıb, VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımların göstərilməsi, habelə hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində və.s çoxsaylı işlər görülüb.
O, həmçinin vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə bir sıra layihələrə imza atıldığını, o cümlədən Dünya Bankı ilə əməkdaşlığın səmərəli və faydalı olduğunu söyləyib.
Görüşdə VK-nın Baş katibi Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər ARVK-da görülən işlərin hesabatlılığını təqdim edib, beynəlxalq təcrübənin öyrənilməsi də daxil olmaqla, vəkillikdə elektron xidmətlərin tətbiqinə başlanıldığını, hazırda isə uğurlu fəaliyyət göstərilməsindən, hazırda VK-nın bütün sahələrində və fəaliyyətində tədbiq olunan elektron xidmətlər barədə məlumat verib, bu istiqamətdə qanunvericiliyə edilən dəyişiklikdən danışıb, Dünya Bankı ilə son illər sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən layihələrdən bəhs edib.
Misir Dövlət Şurasının vitse-prezidenti Mohamed Abdel-Vahab çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib. O, bu sahədə dövlətlər arasında əlaqələrin qurulmasını, gələcək münasibətlərin daha da genişlənməsinin, habelə Misir və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Həmçinin görüşdə Bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüşdə VK-nın Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova, Misirin məhkəmə hakimi Wael Saad Ali Helal, Dünya Bankının tapşırıqlar üzrə qrup rəhbəri Valid Malik və Bankın İcra Qrupunun məsləhətçisi Tural Sadixov iştirak ediblər.
19:45 / 19 May 2025
Tramp Putindən əvvəl Zelenskiyə zəng edib
2
19:35 / 19 May 2025
Qanun qəbul edildi: Rus təyyarələri vurulacaq
3
19:30 / 19 May 2025
Ukrayna ordusunda dəyişiklik
10
19:15 / 19 May 2025
ABŞ Rusiyanın Su-57 qırıcısının döyüş potensialını qiymətləndirib
20
19:07 / 19 May 2025
"30 ilə yaxındır ki, mətbuatda külüng çalıram, heç bir fəxri adım yoxdur" — Nəcibə İlkinlə MÜSAHİBƏ
1904
19:06 / 19 May 2025
FHN əməkdaşı qəflətən VƏFAT ETDİ
115
19:00 / 19 May 2025
Praqa şəhərinin mərkəzində böyük qaz sızması baş verib
15
18:58 / 19 May 2025
Dağıstanda zəlzələ olub
18
18:57 / 19 May 2025
Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB
57
18:48 / 19 May 2025
Sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI - VİDEO
20
18:45 / 19 May 2025
Ağ Ev Putinlə Tramp arasında söhbətin başladığını bildirib
25
18:40 / 19 May 2025
Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib
20
18:38 / 19 May 2025
PKK-nın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?
40
18:35 / 19 May 2025
Rusiyada məhkəmə LGBT təbliğatına görə Apple-ı cərimələyib
24
18:27 / 19 May 2025
Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK
89
18:19 / 19 May 2025
Elgünün ailəsindən açıqlama: Dedilər, uşağı möhkəm döyüblər
872
18:15 / 19 May 2025
Rusiyanın Buxarestdəki səfiri Rumıniyada keçirilən seçkilərlə bağlı çıxış edib
39
18:05 / 19 May 2025
Peskov Ukrayna nizamlanması üzrə görülən işlər barədə məlumat verib
39
18:00 / 19 May 2025
Ukrayna əraziləri danışıqlarda qırmızı xətlərə daxil edilib
33
17:57 / 19 May 2025
Qalmaqallı keçmiş sədrin oğlu da işini itirdi - Foto
47
17:55 / 19 May 2025
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək
30
17:41 / 19 May 2025
Bu rayonlarda qaz olmayacaq
45
17:28 / 19 May 2025
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
43
17:20 / 19 May 2025
İcra başçıları görün nə qədər maaş alırmış — RƏQƏMLƏR
684
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.