Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98330
az

Bu şəxslərin Dövlətdən pulsuz ev almaq hüququ var   —  Hüquqi yardım 

22:4021 Noyabr, 2023
999
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  sosial ev əldə etmək hüququ ilə bağlıdır.

Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi mövcuddur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib.

Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.

Müəssisənin Nizamnaməsinə əsasən, burada yaşayan gənclərin ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları var. Müəssisə yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventarlarla təchiz edilib. 

“Məzun evi”nə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödənilir.

Müəssisənin nəzdindəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi nəzərdə tutulub.

Bundan əlavə, müəssisənin nəzdində xalça və tikiş sexləri yaradılıb ki, həmin sexlərdə, habelə müəssisənin kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. kimi ictimai iaşə obyektlərində məzunlar işlə təmin edilib.

 

Müəllif: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...