Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88639
az

Valideynin razılığı olmadan uşağı xarici ölkəyə necə aparmaq olar? - HÜQUQİ YARDIM 

19:1609 May, 2023
580
HÜQUQ
  • A

Valideyin razılığı olmadan uşağın xaricə aparılması.hansı qaydada mümkündür?

Oxu24.com xəbər  verir   ki, Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.

Qanunvericilikdə uşağın xaricə aparılması qaydası necə müəyyən edilib?
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Uşağın digər valideyni onun xaricə aparılmasına razılıq vermədikdə bu məsələ necə həll olunur?
Bu halda, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan, anası ilə birlikdə (və ya əksinə) Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.

Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılmasına dair iddiaları təmin edirlər. Bu onunla bağlıdır ki, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Digər tərəfdən, tərəflərin birgə nikahlarından olan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər uşaqla birgə xaricə getmək istəyən valideynin, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu nöqteyi-nəzərdən uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılması məqbul hesab edilir.

Vəkil

Sonda onu qeyd edim ki, uşağın üstün mənafeyinin müdafiəsi və ən yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün boşanma prosesi başa çatdıqdan sonra uşağın digər valideynin razılığı olmadan xaricə aparılması üçün mütləq şəkildə məhkəməyə müraciət edilməlidir və bunun üçün bu cür iddia qaldırmaq istəyən hər bir şəxsə peşəkar hüquqi yardım lazımdır.

Vəkil məhkəmə yolu ilə uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından xaricə aparılmasına dair iddia qaldıran zaman tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən uşağın valideynin razılığı olmadan xaricə aparılması prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil