Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84762
az

Orta əmək haqqı necə hesablanır? - HÜQUQİ YARDIM 

16:3814 Mart, 2023
465
  • A

Oxu24.com oxuculara hüquqi  yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  orta əmək haqqı və onun hesablanması qaydası ilə bağlıdır.

Əmək Məcəlləsinin 177-ci maddəsində orta əmək haqqının hesablanması  qaydasından bəhs edilir.

 Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

 Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

 Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

 

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarovanın ATƏT-ə vizası ləğv edildi- Lavrovdan AÇIQLAMA
Ali Məhkəmə mühüm məlumat yaydı
Qaydaları pozan vəkillər cəzalandırıldı

Dünyanın ən yaşlı çöl quşu yumurtladı

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Sumqayıtda qadının   pulqabısı     oğurlandı