Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82
az

Ekspert həyəcan təbili çaldı - Bakıdakı ticarət mərkəzləri nəticə çıxaracaqmı?

20:0829 Mart, 2018
2184
HÜQUQ
  • A
 Martın 25-də Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın hadisəsi zamanı 42-i uşaq olmaqla, 79 nəfər həlak oldu.

Bu gün bizdə ticarət mərkəzlərində, əyləncə mərkəzlərində fövqəladə hallar tədbirləri necə tənzimlənib? Əhali bu barədə nə qədər xəbərdardır? Məsələn, Rusiyadakı kimi bir yanğın hadisəsi baş verərsə, biz o yanğından nə qədər az xəsarətlə xilas ola bilərik?

Oxu24.com -un  suallarını mühafizə üzrə ekspert Elmar Nurəliyev cavablandırıb. E.Nurəliyev deyib ki, Bakıda yerləşən ticarət obyektləri son model avadanlıqlarla təchiz olunub:

“Bütün dövlət və özəl müəssisələr , iaşə və ticatət obyekləri FHN-nin yanğın təhlükəsizliyi haqqında qanunu, irad və tövsiyyələrinə əməl etməklə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Bakıda yerləşən ticarət mərkəzləri son model yanğın təhlükəsizliyi avadanlığı və texnikası ilə (yanğın şlanqları, yanğın hidrantları, yanğın dolabları, yanğın çıxışları, təxliyyə planı, tüstü və dumana qarşı datçiklər, fövqəladə vəziyyətdə hərəkət traparetləri, yanğın söndürən balonlar və s.) təchiz olunub” .


E.Nurəliyev bildirib ki, FHN-nin əməkdaşları tərəfindən bu obyektlərdə mütəmadi olaraq yoxlama aparılır:

“FHN tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Təbii ki, burda əsəs maraqlı olan tərəfdə həmin obyeklərin özləridir. Onların da özlərində yanğın təhlükəsizliyinə nəzarət olunacaq bir mexanizmin olması lazımdır”.  

E.Nurəliyevin obyekt sahiblərinin də işçilərlə mütəmadi maarifləndirmə aparılmasının vacibliyini vurğulayıb:

“Mütəmadi olaraq işçilərə təlimlərin keçirilməsini təşkil etmək, yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparmaq, yanğına qarşı avadanlıqların işlək və saz vəziyyətdə olmasını yoxlamaq, nasazlıq yaranarsa, vaxtında aradan qaldırmağı təşkil etməlidirlər. Bu təlimlərin keçirilməsi orda işçilərin fövqəladə vəziyyət zamanı yanğınla necə davranmaq lazım olduğu barədə anlayışları olacaq. İşçi bilməlidir ki, fövqəladə vəziyyətdə özümü qaçacaq, yoxsa  müştərinimi təhlükəsiz təxliyyə edəcək, yaxud dükanın və ya kafenin əmlakınımı qoruyacaq ya da ona yaxın yanğınsöndürmə balonunndan istifadə edib, yanğının söndürülməsinə kömək edəcək. Bunun üçün də işçilər yanğın söndürən balonlardan necə istifadə etmək lazım olduğunu bilməlidirlər ki, ondan düzgün istifadə edə bilsinlər”.

E.Nurəliyevin sözlərinə görə yanğına ilk 10-15 dəqiqə müddətində  qarşısının alınması üçün tədbir görülərsə, törənə biləcək fəsadların səviyyəsini minumuma endirmək olar:


“Hadisəyə ilkin 10-15 dəqiqə müddətində qarşısının alınması üçün tədbirlər görülərsə, onda törənə biləcək fəsadları ən aşağı səviyyəyə endirmək olar. Ona görə maarifləndirmənin və təlimlərin keçirilməsi önəmlidir. Bundan başqa insanlarda ticarət mərkəzlərində, insanların çox cəmləşdiyi məkanlarda yanğın təhlükəsziliyinə əməl edilməlidir. Açıq alovdan istifadə etməməli, siqareti təyin olumuş yerdə çəkməli, tez alışan, partlamaya meylli maddələr ilə ticarət məkanlarına getməməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən yeni hakim təyinatı
“Bəzi özəl qurumlar işçiləri qovurdu, dövlət öz addımını atdı”
Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu