Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79730
az

Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə qaydaları hansılardır?

17:0129 Dekabr, 2022
188
HÜQUQ
  • A

Oxu24.com oxuuclarına hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  vətəndaşlar avtomobil sürücülərinə ixtisas sinfinin verilmə qaydaları ilə necə tanış ola bilərlər? sualı ətrafındadır.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın 2.1-ci bəndinə əsasən avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir.

Qaydaların 2.4-bəndinə əsasən 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir

: “B”, “C”, “D” ; “BE”, “C”; “B”, “CE”. Qaydaların 2.5-ci bəndinə əsasən 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir: “BE”, “C”, ”D”; “B”, “CE”, “D” ; “B”, “C”, “DE”.

İxtisas sinfinə görə əlavə haqq ödənilməsi qaydası 1-ci ixtisas sinfi avtomobil sürücüsünə tarif (vəzifə) maaşının 25%-i, 2-ci ixtisas sinfi avtomobil sürücüsünə isə tarif (vəzifə) maaşının 10%-i miqdarında əlavə haqq ödənilir.

Yeni iş yerində müvafiq ixtisas sinfinə görə əlavə haqq almaq üçün sürücü bu Qaydaların 2.9-cu bəndində göstərilən qaydada müvafiq sənədləri təqdim etməklə komissiyaya müraciət edir.

Sürücülərə ixtisas sinfi verildikdə və ya onlar ixtisas sinfindən məhrum edildikdə komissiyanın qərarı və ixtisas sinfinə görə əməkhaqqına əlavənin verilməsi və ya dayandırılması vaxtı işəgötürənin əmri ilə rəsmiləşdirilir və əmrin surəti sürücüyə təqdim edilir.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı