Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78452
az

Vətəndaşın ərizəsinə neçə gün ərzində cavab verilməlidir? - HÜQUQ

18:2710 Dekabr, 2022
79
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu inzibati orqanlarla vətəndaşlar rasındakı münasiət barədədir.

Sual: İnzibati orqanlara necə müraciət etmək olar?

Vətəndaşlar təklif,ərizə, şikayət ilə yazılı, şifahi və elektron müraciət formaları əsasında müxtəlif orqanlara müraciət edə bilərlər.

Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Müraciətdə müraciət edənin məlumatları və imzası göstərilməlidir.

Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Sual: İnzibati orqandan imtina məktubu aldıqda nə etmək olar?

İmtina məktubunu əldə etdiyiniz vaxtdan 30 gün ərzində inzibati məhkəmələrə müraciət edə bilərsiniz.

 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR