Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78326
az

Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikmək olarmı? - HÜQUQİ YARDIM

12:3909 Dekabr, 2022
790
HÜQUQ
  • A

Oxu24.com  oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu tikinti işləri ilə bağlıdır.

 

SUAL: Dövlət reyestrindən çıxarışda torpağın kənd təsərrüfatı təyinatlı olduğu yazılıb. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək mümkündür?

Cavab: Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikintisi qeyri-qanuni hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır.

Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

Yalnız  “Yaşayış məntəqələri” təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub