Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78082
az

Qadınların güzəştli şərtlərlə pensiya hüququ - Qanun

19:4904 Dekabr, 2022
103
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu qadınların güzəştli şərtlərlə pensiya hüququ” məsələsidir.

Azərbaycan Respublikasının qanunvericiliyində qadınlara aid bir sıra hüquqlar təsbit edilib. Bunlardan biri də “qadınların güzəştli şərtlərlə pensiya hüququ” məsələsidir. Əmək pensiyasının təyin olunmasının ümumi qaydasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya təminatı ilə bağlı yaş həddi 62 il 6 aydır. Yəni şəxsin əmək pensiyası hüququ qazanması üçün ya 28 800 pensiya kapitalı, ya da azı 25 il sığorta stajı olmalıdır.

Əmək pensiyasının minimum məbləği hazırda 200 manatdır. Bu məbləğ hər il dəyişə bilər.

Pensiya kapitalı dedikdə müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Fərdi hesabın sığorta hissəsi dedikdə isə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.

Qeyd etdiyimiz ümumi qayda  ilə yanaşı qadınlar üçün pensiyanın təyin olunmasında müəyyən güzəştlər də vardır.

Güzəştli şərtlərlə pensiya hüququ kimlərə şamil edilir?

Çoxuşaqlı qadınlara münasibətdə

Belə ki, 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən qadınlara münasibətdə 

Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Həmçinin axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan, sığortaolunan qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.  

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş qadınların azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə  yaşa görə əmək pensiyası hüququ vardır.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən qadınlar 55 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ yaranır.

Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranan vətəndaşlar əmək pensiyası təyinatı üçün nə etməlidirlər?

Müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binalarına, həmçinin “ASAN xidmət” mərkəzlərinin inzibati binalarına müraciət edə bilərsiniz.

Hazırladı: Rüxsarə Məmmədova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı