Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77664
az

Eyni mənzil bir neçə şəxsə satılarsa, qanuni sahibi kim olmalıdır? - Hüquqi yardım

20:5829 Noyabr, 2022
77
HÜQUQ
  • A

Bir mənzilin bir neçə nəfərə satılması faktında dəfələrlə rast gəlmişik.

Oxu24.com mövzu ilə bağlı hüquqi maarifləndirmə yazısını təqdim edir.

Bir mənzilin neçə nəfərə satılmasını əvvəlcədən müəyyən etmək mümkün deyil. Bunun üçün vahid dövlət reyestri yoxdur.

Oxu24.com  xəbər verir ki,bunu hüquqşünas Vüqar Babayev deyib.

O bildirib ki, tikinti mərhələsində olan binalardan mənzili almaq istəyənlər reputasiyası olan şirkətlərə müraciət etsə, daha doğru olar:

"Eyni mənzil bir neçə şəxsə satılarsa, məhkəmə təcrübəsinə əsasən birinci müqavilə kiminlə imzalanıbsa, sahibi də həmin şəxs olur. Digər zərərçəkmişlər isə mülki iddia qaldıra və dəymiş zərərinə ödənilməsini təmin edə bilərlər.
Belə hallarla dəfələrlə rastlaşmışam. Proses uzun illər davam edib. Bir çox hallarda dövlət müdaxilə edib, öz vəsaiti və ya hər hansı formada mənzillər inşa edib, həmin vətəndaşlara verirlər ki, qismən də olsa, onlara dəymiş zərər ödənsin".
V. Babayev bildirib ki, tikinti şirkətlərinin satış bazarına nəzarət edilməlidir:
"Tikintiyə başlanılan zaman satışa çıxarılacaq mənzillərin ilkin qeydiyyatı aparılmalıdır. Hazırda bizdə bu institut işləmir. Məsələnin sistemləşdirilməsinə ehtiyac var. Şirkətə tikinti üçün icazə verilirsə, binanın smeta dəyəri hesablanmalı və həmin vəsait banka qoyularaq bloklanmalıdır. Tikinti üçün lazım olan həcmdə vəsait isə şirkətə ödənilməlidir. Hazırda bizdə elə şirkət var ki, nizamnamə kapitalı 10 manatdır, lakin 50 milyonluq layihə icra edir. Bu, məntiqə sığmır.

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü