Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76853
az

Sürücülərin diqqətinə! Etibarnaməni elektron qaydada belə verə bilərsiniz

09:1019 Noyabr, 2022
100
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  sürücülərə etibarnamənin elektron qaydada verilməsi ilə bağlıdır.

Sual: Azərbaycanda etibarnamənin elektron qaydada verilməsi necə mümkündür?

 

Cavab:  Artıq sürücülər notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələri “myGov” portalı vasitəsilə elektron qaydada əldə edə biləcəklər. Belə ki, portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim edilir.

Vətəndaşlar “myGov” şəxsi kabinetlərində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş aparmaqla müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Portal üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.

Sistemin əsas xüsusiyyəti odur ki, vətəndaş heç bir xidmət mərkəzinə yaxınlaşmadan həftənin 7 günü 24 saat bu xidmətdən yararlana bilirlər.

Bununla yanaşı, “myGov.az” portalındakı şəxsi kabinetə bildiriş gedir. 
Elektron etibarnamə üçün tələb olunan şifrə Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat" tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir. Burada istifadəçi ASAN və ya elektron imzası vasitəsilə həmin xidmətdən şifrəsiz istifadə edə bilər. Əgər vətəndaş bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməyibsə, o zaman ilk dəfə identifikasiyaya ehtiyac var. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən qanunsuz istifadə edənləri nə gözləyir?
Sınaq müddəti neçə ay olur? - HÜQUQİ YARDIM 
Bizi hansı hallarda inzibati tənbeh gözləyir? - HÜQUQİ YARDIM 

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı