Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76680
az

Müvəqqəti olma  müddətinin uzadılması üçün hansı sənədlər lazımdır? - CAVAB

10:2717 Noyabr, 2022
78
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu Əcnəbilər  və  vətəndaşlığı olmayan  şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma  müddətinin uzadılması üçün tələb olunan sənədlərlə bağlıdır.

Əcnəbilər  və  vətəndaşlığı olmayan  şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma  müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən  çıxarış, order,  icarə  (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
əcnəbiyə və ya vətəndaşlığı  olmayan  şəxsə  yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd 1: Dövlət  rüsumunun  ödənilməsi barədə  sənəd  Azərbaycan  Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Qeyd 2: Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), həmçinin əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) əsli ilə birgə təqdim edilir. Tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İxtiraçılıq və patent hüquqlarını pozanları bu cəza gözləyir  -  HÜQUQİ YARDIM 
Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 
Aşırım nədir və necə hesablanır? - Ev tikənlər üçün hüquqi yardım

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi