Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ XƏBƏR! Haaqa məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

TƏCİLİ XƏBƏR! Haaqa məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

HÜQUQ

2669

07.12.2021, 19:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Oxu24.com xəbər verir ki, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.