Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33937
az

DİN qadınların posta çəkdiyi video ilə bağlı açıqlama yaydı

05:5927 İyun, 2020
479
HÜQUQ
  • A

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən videogörüntülər paylaşılıb.

Oxu24.com -un  məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb.

Məlum olub ki, sürücü İranə Əhmədova və 2 rəfiqəsi Xəzər rayonu, Mərdəkan qəsəbə sakinləridir.

"O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdır və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, polis əməkdaşları saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər", - deyə bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı