Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.
Oxu24.com -un məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Oxu24.com
ŞƏRHLƏR