Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər

XƏBƏR LENTİ

18 May 2024
Bolqarıstan prezidenti Slovakiyanın baş nazirinə sui-qəsd cəhdini təsvir edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna qoyulan vetonu ləğv edə bilər
İsrail və HƏMAS məhbus mübadiləsi ilə bağlı danışıqları dayandırıb
Çin kəşfiyyatı kosmos sektorunda casusluğu üzə çıxarır
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Sankt-Peterburqun Primorski rayonunda sənaye müəssisəsi yanır
Hindistanda
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Polşa ölkənin şərq sərhədlərini gücləndirməyi planlaşdırır
BÜTÜN XƏBƏRLƏR
26568
az

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar AÇIQLANDI

12:3216 Mart, 2020
1260
  • A

Dünəndən etibarən Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov və şirkətin meneceri Nuray Nurcahan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

Oxu24.com   “Sabah” qəzetinə istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Mənsimov və Perkerin FETÖ-nun yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə olduğu bildirilib.

Mənsimovun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış aparıldığı və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunub.

Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanılan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nun yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan “Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.


Bundan başqa Mənsimovun FETÖ-nun Rusiya imamı olan və haqqında axtarış elan olunan “Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan “Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.

Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çu Müəmmər İhsan Kalkavan, FETÖ-nun Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası müzakirədədir.

Şirkətin idarəçisi Nuray Nurcahan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi qeyd edilib.


Qeyd edək ki, xeyriyyəçi kimi məşhur olan M.Mənsimovun xüsusilə FETÖ ittihamı ilə saxlanılması Azərbaycan ictimaiyyətində narahatlıqla izlənilir.


Yayılan məlumatı saytımıza şərh edən M.Mənsimovun dostu, tanınmış jurnalist Fuad Abbasov bildirib ki, mediada yayılan bütün bu ittihamlar hələlik rəsmi təsdiq olunmayıb:


“Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olması iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, - deyə Abbasov qeyd edib.


O, Mübariz Mənsimovun həbs olunması xəbərinin də həqiqəti əks etdirmədiyini qeyd edib. Bildirib ki, Mənsimov bazar günü səhər saatlarında saxlanılıb, evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir:

“İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, - deyə Abbasov qeyd edib.(axar.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub