Əfqan Sadıqovun məhkəməsi başlayıb
23 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
262
05.08.2026, 17:30
Boşanma prosesindən sonra alimentin hansı qaydada ödənilməsi valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə bəzi valideynlər alimentin birbaşa digər valideynə deyil, uşağın adına açılmış bank hesabına köçürülməsini istəyirlər. Məqsəd isə vəsaitin gələcəkdə uşağın təhsili və digər ehtiyacları üçün qorunub saxlanılmasıdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Elvin Səfərov bildirib ki, qanunvericilik aliment vəsaitinin istifadəsi ilə bağlı müəyyən imkanlar nəzərdə tutur və bəzi hallarda məhkəmə bu istiqamətdə qərar qəbul edə bilər.
Vəkilin sözlərinə görə, alimentin əsas məqsədi uşağın gündəlik yaşayışının, qidalanmasının, təhsilinin, müalicəsinin və digər zəruri ehtiyaclarının qarşılanmasıdır. Buna görə də aliment tam şəkildə istifadə olunmadan yalnız gələcək üçün saxlanılması hər zaman qanunun məqsədinə uyğun hesab edilmir.
“Valideyn aliment ödəyərkən hesab edirsə ki, ödənilən vəsait tam şəkildə uşağın mənafeyinə xərclənmir və ya onun istifadəsi ilə bağlı narahatlıqları var, bu halda qanun müəyyən hüquqi imkanlar tanıyır. Belə hallarda alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmək mümkündür”, – deyə Elvin Səfərov bildirib.
Vəkil qeyd edib ki, məhkəmə konkret iş üzrə bütün halları araşdırdıqdan sonra alimentin müəyyən hissəsinin uşağın adına açılmış hesaba köçürülməsi barədə qərar verə bilər.
“Qanunvericilik belə bir yanaşmaya imkan verir ki, alimentin müəyyən hissəsi uşağın cari ehtiyacları üçün istifadə olunsun, digər hissəsi isə onun gələcəyi üçün bank hesabında toplansın. Praktikada məhkəmə aliment məbləğinin 50 faizədək hissəsinin uşağın adına açılmış hesaba köçürülməsinə qərar verə bilər. Qalan hissə isə uşağın gündəlik ehtiyaclarının ödənilməsi üçün istifadə edilir”, – deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, məsələn, aylıq aliment məbləği 200 manat müəyyən olunubsa, məhkəmə şəraitdən asılı olaraq həmin vəsaitin 100 manatının uşağın adına açılmış hesaba köçürülməsini, digər 100 manatının isə uşağın saxlanılması üçün istifadə edilməsini nəzərdə tuta bilər.
Elvin Səfərov vurğulayıb ki, belə qərar avtomatik tətbiq edilmir və yalnız valideynin müraciəti əsasında məhkəmə tərəfindən bütün sübutlar araşdırıldıqdan sonra qəbul olunur.
“Məhkəmə ilk növbədə uşağın maraqlarını əsas götürür. Əgər müəyyən olunarsa ki, alimentin bir hissəsinin hesabda toplanması uşağın gələcək mənafeyinə xidmət edir və onun hazırkı ehtiyaclarını məhdudlaşdırmır, belə bir qərarın qəbul edilməsi mümkündür”, – deyə vəkil qeyd edib.
Hüquqşünas əlavə edib ki, uşağın adına açılmış hesabda toplanan vəsait də uşağın mülkiyyəti hesab olunur və həmin pulların istifadəsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.
Elvin Səfərovun sözlərinə görə, aliment ödəyən valideyn yalnız şəxsi narazılıq əsasında vəsaiti birtərəfli qaydada uşağın hesabına köçürə bilməz. Bunun üçün mütləq məhkəmə qərarı və ya tərəflər arasında qarşılıqlı razılaşma olmalıdır.
Vəkil sonda valideynlərə tövsiyə edib ki, alimentlə bağlı yaranan fikir ayrılıqlarını mübahisəyə çevirmək əvəzinə hüquqi mexanizmlərdən istifadə etsinlər. Onun sözlərinə görə, alimentin ödənilməsi və istifadəsi ilə bağlı bütün qərarlarda əsas meyar uşağın maraqları və rifahı olmalıdır.
22:21 / 25 Oktyabr 2026
1
22:18 / 25 Oktyabr 2026
14
22:00 / 25 Oktyabr 2026
42
20:35 / 25 Oktyabr 2026
38
20:15 / 25 Oktyabr 2026
361
19:30 / 25 Oktyabr 2026
1340
19:02 / 25 Oktyabr 2026
236
16:35 / 25 Oktyabr 2026
89
16:05 / 25 Oktyabr 2026
128
15:37 / 25 Oktyabr 2026
783
15:34 / 25 Oktyabr 2026
92
15:19 / 25 Oktyabr 2026
114
15:08 / 25 Oktyabr 2026
119
15:05 / 25 Oktyabr 2026
127
14:36 / 25 Oktyabr 2026
106
14:15 / 25 Oktyabr 2026
758
14:00 / 25 Oktyabr 2026
298
13:50 / 25 Oktyabr 2026
453
13:50 / 25 Oktyabr 2026
88
13:35 / 25 Oktyabr 2026
223
13:18 / 25 Oktyabr 2026
1610
13:05 / 25 Oktyabr 2026
93
12:44 / 25 Oktyabr 2026
805
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.