Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
709
24.12.2025, 15:07
Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu məlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri ilə bağlıdır.
Dövlət Sirri Haqqında Qanunun 6-cı maddəsində Mməlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri açıqlanır.
Həmin prinsiplər aşağıdakılardır:
Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu Qanunla nəzərdə tutulmuş qaydada məhdudiyyətlərin qoyulmasıdır.
6.2. Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi prinsipləri ilə tənzimlənir.
6.3. Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi - dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyidir.
6.4. Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı - dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsidir.
6.5. Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - bu məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyyət qoyulmasıdır.
6.6. Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanın müəyyən edir.
Hazırladı: Nigarxanım
11:20 / 15 Noyabr 2026
8
11:20 / 15 Noyabr 2026
13
11:10 / 15 Noyabr 2026
39
11:07 / 15 Noyabr 2026
131
10:50 / 15 Noyabr 2026
64
10:25 / 15 Noyabr 2026
189
10:21 / 15 Noyabr 2026
82
10:18 / 15 Noyabr 2026
80
10:12 / 15 Noyabr 2026
105
09:35 / 15 Noyabr 2026
395
07:35 / 15 Noyabr 2026
135
05:50 / 15 Noyabr 2026
136
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
165
23:59 / 14 Noyabr 2026
353
23:51 / 14 Noyabr 2026
192
23:47 / 14 Noyabr 2026
208
23:33 / 14 Noyabr 2026
171
23:23 / 14 Noyabr 2026
524
23:16 / 14 Noyabr 2026
174
23:05 / 14 Noyabr 2026
731
23:01 / 14 Noyabr 2026
561
22:28 / 14 Noyabr 2026
1414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.