Hərbi gəmiləri idarəetmə qaydalarını pozma hansı məsuliyyətə səbəb olur?
22 Dekabr 2025, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
151
23.12.2025, 12:07
Azərbaycanda bir sıra məlumatlar var ki,onlar Dövlət sirri təşkil edir.
Bu məlumatların yayılması məsuliyyətə səbəb olur.
Oxu24.com bu dəfə Dövlət sirri təşkil edən məlumatlar barədə araşdırma aparıb.
Məlumat üşün qeyd edək ki,Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu var.
Həmin Qanuna əsasən,Dövlət sirri təşkil edən məlumatların siyahısı aşağıdakı kimidir:
5.1. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
5.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
5.1.3. silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;
5.1.4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;
5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;
5.1.6. Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
5.2. İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.2.1. Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında
5.2.2. Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədilə onun infrastrukturundan istifadə olunması haqqında;
5.2.3. mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;
Həmçinin oxuyun
5.2.4. dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında;
5.2.5. dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;
5.2.6. siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatlan haqqında, pul əskinaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.
5.3. Xarici siyasət sahəsində aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
5.3.1. Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;
5.3.2. Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.
5.4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:
5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;
5.4.3. müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatlan açıqlayırsa;
5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;
5.4.5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;
5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;
5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;
5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;
5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.
Hazırladı: Miri Məcidli
14:07 / 23 Dekabr 2025
1
13:52 / 23 Dekabr 2025
118
13:42 / 23 Dekabr 2025
34
13:39 / 23 Dekabr 2025
17
13:35 / 23 Dekabr 2025
77
13:33 / 23 Dekabr 2025
25
13:27 / 23 Dekabr 2025
38
13:01 / 23 Dekabr 2025
68
12:59 / 23 Dekabr 2025
54
12:48 / 23 Dekabr 2025
93
12:40 / 23 Dekabr 2025
911
12:38 / 23 Dekabr 2025
52
12:33 / 23 Dekabr 2025
38
12:32 / 23 Dekabr 2025
40
12:29 / 23 Dekabr 2025
42
12:15 / 23 Dekabr 2025
478
12:03 / 23 Dekabr 2025
63
11:53 / 23 Dekabr 2025
44
11:50 / 23 Dekabr 2025
56
11:44 / 23 Dekabr 2025
54
11:37 / 23 Dekabr 2025
43
11:27 / 23 Dekabr 2025
142
11:21 / 23 Dekabr 2025
49
11:08 / 23 Dekabr 2025
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.