Müqavilə var, amma ev yoxdur: Dələduzlar qanundakı boşluqdan necə istifadə edirlər? — VƏKİL AÇIQLADI
28 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
573
27.11.2024, 20:29
Noyabrın 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
Oxu24.com xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.
Həmçinin sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.
Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü - Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

01:31 / 31 Avqust 2026
8
23:17 / 30 Avqust 2026
156
22:54 / 30 Avqust 2026
113
21:59 / 30 Avqust 2026
122
21:17 / 30 Avqust 2026
123
21:17 / 30 Avqust 2026
110
20:11 / 30 Avqust 2026
100
20:05 / 30 Avqust 2026
81
19:27 / 30 Avqust 2026
183
18:36 / 30 Avqust 2026
586
18:33 / 30 Avqust 2026
137
17:55 / 30 Avqust 2026
186
17:25 / 30 Avqust 2026
131
17:15 / 30 Avqust 2026
126
17:10 / 30 Avqust 2026
528
16:55 / 30 Avqust 2026
134
16:55 / 30 Avqust 2026
160
16:35 / 30 Avqust 2026
122
16:30 / 30 Avqust 2026
129
16:28 / 30 Avqust 2026
698
16:04 / 30 Avqust 2026
651
15:29 / 30 Avqust 2026
912
15:15 / 30 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.