Qaynar xətt:

(+99450) 247 90 86

“İrşad Electronics” qanunları necə pozur?

“İrşad Electronics” qanunları necə pozur?

HÜQUQ

513

07.11.2024, 20:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elektronika və məişət texnikası satışı üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkələrindən biri olan “İrşad Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protokol tərtib edib.
 

Oxu24.com  Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “İrşad Electronics” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərini pozub.
Belə ki, “İrşad Electronics”in müştəriyə satdığı qüsurlu mal geri qaytarılan zaman qəbul olunmayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsi satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasından bəhs edir.