Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103348
az

İşdən çıxarılan şəxslərin diqqətinə! - Bu hüquqlarınız var

21:3824 Fevral, 2024
1875
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz  mövzu  əmək müqaviləsinin bağlanması  və  sonlandırılması  qaydaları  ilə  bağlıdır.

Əmək qanunvericiliyi müddətinə görə əmək müqaviləsinin müddətli və müddətsiz növlərini fərqləndirib.

Mövzu  ilə  bağlı  Oxu24.com-a  hüquqi  şərh  verən  vəkil Sadiq  Əfəndiyev  bildirib  ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.

 

Vəkil Sadiq Əfəndiyev

Vəkil  Sadiq  Əfəndiyev  müddətli əmək müqaviləsinə xitam verilməsi  qaydasından  bəhs  edərkən  bildirib  ki, Qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi əmək müqaviləsinin müddətinin qurtarması göstərilib.

Lakin nəzərə alınmalıdır ki, əmək müqaviləsinə bu əsasla xitam verilməsi üçün qanunda nəzərədə tutulmuş prosedur daxilində hərəkət etmək lazımdır.

Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə onun müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Göründüyü kimi, müddətli əmək müqaviləsinin xitamı üçün qısamüddətli tələbetmə müddəti müəyyən edən qanunvericinin niyyəti əslində əmək münasibətlərinin davamlılığının saxlanılmasına yönəlib.

 

Müddətli əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermək üçün məhz qanunda nəzərdə tutulan müddət ərzində, yəni müddət bitdikdən yaxud üzürlü səbəblərdən işdə olmayan işçi işə çıxdıqdan sonra bir həftə ərzində müqavilənin xitamını tərəflər bir-birindən tələb edə bilərlər. 

Müddət hesablanarkən Əmək Məcəlləsinin 8-ci maddəsinin müəyyən etdiyi qayda nəzərə alınmalıdır. Belə ki, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

 Sözsüz, bir həftədən sonra müqaviləyə xitam verilməsi barədə tələb hər hansı hüquqi nəticə doğurmayacaq və göstərilən əsasla müqavilənin xitamına səbəb olmaycaqdır. Məsələ məhkəmə müstəvisində mübahisələndirildiyi halda isə müqaviləyə xitam verilməsi barədə tələbin vaxtında verilməsini sübut etmək vəzifəsi mülki-prosessual qanunvericiliyə əsasən müqavilənin xitamını tələb edən tərəfin üzərinə düşəcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, müqaviləyə xitam verilməsi barədə tələbin yazılı yaxud şifavi verilməsi barədə istinad olunan maddədə hər hansı göstəriş mövcud deyildir.

Belə çıxır ki, tələb hər iki formada,yəni istər şifahi, istərsə də yazılı formada verilə bilər. Ancaq nəzərə alınmalıdır ki, sübutetmə zamanı yazılı tələbin sübut qismində mötəbərliyi daha çoxdur. Bu baxımdan hesab edirəm ki, əmək müqaviləsinin yazılı formasına müvafiqliyi təmin etmək, eləcə də zəruriyyət yarandığı halda sübutetməni asanlaşdırmaq məqsədilə müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbin yazılı formada verilməsinin imaperativ qaydada Əmək Məcəlləsinin müvafiq maddəsində təsbit edilməsi daha məqəsədəmüvafiqdir.  
 
 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü