Ali Məhkəmə: Körpənin ölümü ilə bağlı təqsirləndirilən həkimin vəzifəli şəxs olmaması onu məsuliyyətdən yayındırmır
27 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1050
24.01.2024, 11:15
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.
Oxu24.com xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.
Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur.
Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.
Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər hazırda ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.
Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub.
22:11 / 28 Noyabr 2026
42
22:01 / 28 Noyabr 2026
59
21:50 / 28 Noyabr 2026
65
21:34 / 28 Noyabr 2026
70
21:22 / 28 Noyabr 2026
96
20:57 / 28 Noyabr 2026
165
20:40 / 28 Noyabr 2026
131
20:24 / 28 Noyabr 2026
120
20:16 / 28 Noyabr 2026
131
20:04 / 28 Noyabr 2026
132
19:43 / 28 Noyabr 2026
136
19:36 / 28 Noyabr 2026
131
19:20 / 28 Noyabr 2026
124
19:08 / 28 Noyabr 2026
137
18:59 / 28 Noyabr 2026
151
18:48 / 28 Noyabr 2026
133
18:35 / 28 Noyabr 2026
133
18:30 / 28 Noyabr 2026
131
18:16 / 28 Noyabr 2026
157
17:43 / 28 Noyabr 2026
146
16:40 / 28 Noyabr 2026
202
16:35 / 28 Noyabr 2026
174
16:07 / 28 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.