Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95762
az

Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir

15:5828 Sentyabr, 2023
870
HƏRBİ
  • A

Qarabağda hələ də "dövlət məmurları" və "hərbçilər" qalmaqda davam edir. 

OXU24.COM  xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb. 

Qəzet yazır ki, hazırda ləğv edilmiş qondarma rejimin keçmiş "rəhbərlər"i Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan Qarabağdadır. Onların özlərini cəmiyyətdən tamamilə təcrid etdiyi və Xankəndidə heç kimə bəlli olmayan ünvanda gizləndikləri bildirilir.  

Bundan başqa, separatçı-terrorçu silahlı qruplaşmanın keçmiş komandanları, "deputatlar", separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma "hökumətin" bütün üzvləri də Qarabağda qalıblar. 

Xatırladaq ki, tanınmamış "DQR"in yeni "prezident"i Samvel Şahramanyan bu gün imzaladığı "fərman"la qondarma rejimin yanvarın 1-nə qədər özünü buraxacağını elan edib. 

Qeyd edək ki, separatçı xuntanın bir sıra üzvləri Azərbaycan tərəfindən axtarışdadır və onların məsuliyyətə cəlb edilməsi prosesi davam edir. Belə ki, ötən gün Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindəbn həbs olunaraq, Bakıya gətirilməsi Xankəndi və ətraf ərazilərdə qapana qısılan separatçılar arasında rezonans doğurub. Qondarma rejimin keçmiş "müdafiə naziri" Samvel Babayanın İrəvana qaçmasından sonra digər separatçılar da bölgəni tərk etmək niyyətindədirlər. 

Hazırda Xankəndi-Laçın yolunda ərazini könüllü tərk edən sıravi ermənilərin yaratdığı genişmiqyaslı avtomobil karvanı peyk görüntülərindən müşahidə olunmaqdadır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu ölkədə də quş qripi aşkarlandı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ