Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93937
az

Rus hərbçilər iki azərbaycanlını qətlə yetiriblər - Video

00:3417 Avqust, 2023
433
HƏRBİ
  • A

Ukraynanın Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində azərbaycanlılar həlak olublar.
Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Xalqları Assambleyasının sədri Rövşən Tağıyev xəbər verib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin tankı ərazidən keçən yük maşınına atəş açıb. Nəticədə Azərbaycan vətəndaşları - 1992-ci il təvəllüdlü Orxan Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Qədirli hadisə yerində həlak olublar.
Məlumata görə, ölən həmyerlilərimiz Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləridir.
İşğal olunmuş tərəfdəki mənbələrdən məlum olub ki, onlar Ukraynada kənd təsərrüfatı ticarəti ilə məşğul olublar, Rusiya Silahlı Qüvvələri Xerson vilayətini ələ keçirdikdən sonra da onlar işğal olunan əraziləri tərk etməyiblər və bizneslərinə davam ediblər.
Hadisə baş verən gün onlar işğal altındakı Aleşki şəhərindən Krıma tərəvəz aparırmışlar. Gecə komendant saatı zamanı tank yük maşınına atəş açıb.
“Biz dəfələrlə məlumat almışıq ki, Rusiya hərbçiləri işğal olunmuş zonanın yollarında pul tələb edir, yük maşını sürücülərindən gediş haqqı alır. Görünür, ruslar soydaşlarımızla razılığa gələ bilməyiblər və bu dəhşətli cinayət baş verib”, - deyə Tağıyev bildirib.
Ukraynanın rəsmi strukturları hələlik insidentlə bağlı açıqlama verməyib.
 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU