Qaynar xətt:

(+99450) 247 90 86

“Ən güclü hava hücumundan müdafiə sistemi Kiyev ətrafında yaradılıb” - THE TIMES

“Ən güclü hava hücumundan müdafiə sistemi Kiyev ətrafında yaradılıb” - THE TIMES

HƏRBİ

510

08.08.2023, 15:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ən güclü hava hücumundan müdafiə sistemi Kiyev ətrafında yaradılıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Britaniyanın “The Times” nəşrinə verdiyi şərhdə bildirib.


Qəzetin həmsöhbəti qeyd edib ki, hazırda Kiyev ətrafında dünyada və əslində tarix boyu ən güclü hava hücumundan müdafiə sistemi mövcuddur.

 

“Bunlar Patriot, Nasams, Alman IRIS-T, S-300, French Crotale-dir. Ruslar başa düşdülər ki, başlarını divara çırpmaq mənasızdır”.

 

Lakin onun sözlərinə görə, bir problem var: raket hücumlarından qorunmaq üçün sursatlar tükənmək üzrədir. Qərb silah tədarükünü artırmasa, bu qış əvvəlkindən daha çətin keçə bilər.

 

“İllik 150-160 Patriot raketi istehsalı ilə müharibə planlaşdıra bilməzsiniz. Bir ay istifadə etdik... Payızı, oktyabrın ortalarını gözləsək, yenə enerji infrastrukturunu vuracaqlar. Bu danılmazdır”, - deyə polkovnik yekunlaşdırıb.

 

Müəllif: Nigar