Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb
30 Sentyabr 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
570
18.04.2023, 11:27
Azərbaycan əsgərinin əlverişsiz hava şəraiti və görmə məsafəsinin məhdudlaşdırılması səbəbindən Ermənistana əsir düşməsi və ona olmazın işgəncələr verilməsi kadrları gündəmin əsas mövzusu olaraq qalır. Erməni daşnakların törətdikləri vəhşilik faktı qardaş Türkiyə mediasında, ictimai dairələrində də hiddət doğurub. İğdırda fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Ermənistanı sərt şəkildə qınayıb. Bildirilir ki, Ermənistan mətbuatının yaydığı foto və videolar Azərbaycan əsgərlərinə beynəlxalq hüquq sənədlərinə zidd olaraq işgəncələrə və qeyri-insani rəftara məruz qaldığını əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda Azərbaycan əsgərlərinin əlləri bağlı halda döyüldüyü, təhqir edildiyi açıq-aydın görünür. Bu fakt göstərir ki, Ermənistan Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiya və digər mühüm beynəlxalq qaydalar üzrə öhdəliklərini yerinə yetirməyib və bu prosesdə, azərbaycanlılara qarşı geniş yayılmış etnik nifrət və irqi ayrı-seçkiliyin bariz sübutudur.

O da qeyd edilir ki, sözügedən zorakılıqdan əlavə, Ermənistanın son 30 ildə azərbaycanlı hərbi və mülki məhbuslara, 3890 itkin düşməsinə qarşı tətbiq etdiyi zorakılıq müvafiq beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və düzgün hüquqi qiymət verilməlidir. Biz birlik olaraq bu cinayəti qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, yolunu azmış Azərbaycan əsgərlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Sonda Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən xahiş edilir ki, Ermənistanın nəzarəti altında olan ərazilərdə Azərbaycan əsgərlərinə təcili baş çəkib onların vəziyyəti ilə bağlı məlumat versinlər. Biz dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməyə qətiyyətlə dəvət edirik.
15:59 / 01 Oktyabr 2026
48
15:46 / 01 Oktyabr 2026
56
15:36 / 01 Oktyabr 2026
63
15:30 / 01 Oktyabr 2026
65
15:27 / 01 Oktyabr 2026
65
14:55 / 01 Oktyabr 2026
55
14:53 / 01 Oktyabr 2026
77
14:41 / 01 Oktyabr 2026
68
14:30 / 01 Oktyabr 2026
59
14:28 / 01 Oktyabr 2026
96
14:24 / 01 Oktyabr 2026
68
14:07 / 01 Oktyabr 2026
126
14:05 / 01 Oktyabr 2026
72
13:57 / 01 Oktyabr 2026
80
13:39 / 01 Oktyabr 2026
74
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
69
12:14 / 01 Oktyabr 2026
105
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
96
11:22 / 01 Oktyabr 2026
78
11:12 / 01 Oktyabr 2026
82
10:54 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.