Şuşada Yaşar Gülərlə Zakir Həsənov arasında görüş keçirilib
02 Oktyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
643
16.03.2023, 18:17
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, 16 mart 2023-cü il tarixdə Sərhəd Qoşunlarının Qubadlı və Zaqatala rayonları ərazisində yerləşən hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
OXU24.COM Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən bildirir ki, tədbirlər zamanı şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.
Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.
Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.
16:24 / 03 Oktyabr 2026
1
16:00 / 03 Oktyabr 2026
120
15:59 / 03 Oktyabr 2026
47
15:58 / 03 Oktyabr 2026
62
15:54 / 03 Oktyabr 2026
46
14:32 / 03 Oktyabr 2026
545
14:15 / 03 Oktyabr 2026
72
14:10 / 03 Oktyabr 2026
80
13:06 / 03 Oktyabr 2026
100
13:04 / 03 Oktyabr 2026
77
11:50 / 03 Oktyabr 2026
103
11:35 / 03 Oktyabr 2026
75
11:24 / 03 Oktyabr 2026
107
11:19 / 03 Oktyabr 2026
559
11:14 / 03 Oktyabr 2026
73
11:10 / 03 Oktyabr 2026
74
11:07 / 03 Oktyabr 2026
78
10:59 / 03 Oktyabr 2026
78
10:55 / 03 Oktyabr 2026
88
10:50 / 03 Oktyabr 2026
98
10:34 / 03 Oktyabr 2026
109
10:30 / 03 Oktyabr 2026
90
10:26 / 03 Oktyabr 2026
697
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.