Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
843
az

“Polonez”lərə dair müqaviləni nə Rusiya, nə də Ermənistan dayandıra bilməz – Belaruslu politoloq

18:0619 Aprel, 2018
4822
HƏRBİ
  • A
 Aprelin 18-də Rusiyanın “Komersant” nəşri Azərbaycanın Belarusun “Polonez” reaktiv yaylım atəşi sistemləri ilə planlaşdırılan təchizatı barədə məlumat yayıb. Bu silah sisteminin inkişafını izləyənlər üçün xəbər heç bir məlumat yükünə sahib deyildi. Lakin hər şey haqqında növbə ilə.

Niyə Azərbaycan?

Bakı Minsk üçün Cənubi Qafqaz regiounda yaxın müttəfiqdir. Bir neçə səbəb var. Birincisi, Aəzrbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında yaxın şəxsi münasibətlər qurulub. Postsovet məkanında beynəlxalq siyasət isə hələ də güclü şəkildə şəxsiyyətə bağlıdır və dövlət rəhbələri arasında mövcud olan şəxsi münasibətlər tez-tez praqmatik maraq və beynəlxalq öhdəliklərdən daha vacib olur. İkincisi, Belarus və Rusiya arasında qaz münaqişələrindən birinin gedişində Belarus tərəfinin enerji daşıyıcılarına görə borcla bağlı problemi yarananda Azərbaycan Minsk fövqəladə güzəştli şərtlərlə yüz milyonlarla dollar kredit verdi. Aleksandr Lukaşenko minnətdar olmağı bacaran insandır və onun Azərbaycana, xüsusən də İlham Əliyevə rəğbəti tamamilə təbiidir. Üçüncüsü, praqmatik iqtisadi maraq var: Azərbaycan Cənubi Qafqazda ən iri və ödəniş qabiliyyətli bazardır. Belarus iqtisadiyyatı üçünsə Azərbaycan bazarı ənənəvidir. Dördüncüsü, Azərbaycan Türkiyənin ən yaxın hərbi-siyasi müttəfiqidir və Ankarada lobbist potensiala malikdir. Belarus rəhbərliyi Türkiyənin xarici siyasət maraqlarını Şərqi Avropa regionunda Rusiyaya bərabərləşdirici potensial mexanizm kimi nəzərdən keçirir və Ankara ilə hərtərəfli əməkdaşlığın qurulmasında maraqlıdır. Bakı isə buna yardım göstərmək baxımından çox faydalı ola bilər.

KTMT amili

Belarus Azərbaycanın rəqibi Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İrəvanda bu təşkilatı kollektiv təhlükəsizlik prinsiplərinin özülü üzərində qurulan hərbi-siyasi blok olaraq qəbul edirlər. Minskdə isə KTMT-ni blok olaraq əqbul etmirlər və onun təhlükəsizlik sahəsində regional təşkilat olduğunu etiraf edir və dilə gətirirlər. Bu təşkilatın üzvləri isə təbii olaraq bir-birini dəstəkləməlidirlər. Lakin kim deyib ki, bu dəstək bir qayda olaraq hərbi olmalıdır? Nəhayətdə duanın da yardımçı olduğunu deyirlər.

Əslində KTMT nə blok, nə də regional təşkilat deyil. Səbəb isə çox sadədir: iştirakçı ölkələrin heç bir ümumi dəyərlər bazası mövcud deyil. Lakin onların əksəriyyətində ümumi maraq var – Rusiyanı “sağmaq”. KTMT digər iştirakçıların Rusiyanın güzəştlərini əldə etməsi üçün bir vasitədir. Biz hələ Qədim Roma dövründən yaxşı məlum olan “satıcı-alıcı” münasibətlərinin klassik formasından bəhs edirik. KTMT mahiyyət etibarilə Moskvanın iştirakçı ölkələrlə ikitərəfli əlaqələrinin cəmidir.

Ermənistan yuxarıda qeyd olunanların ədalətliliyini öz üzərində hiss edə bilərdi: Azərbaycanla hər növbəti silah istifadə olunan gərginliyin mövcudluğu halında KTMT ölkələri öz formal müttəfiqlərinə hətta siyasi dəstək belə nümayiş etdirməyə tələsmirdilər.

“Polonez” barədə

Bu silahlanma sisteminin yaradılma tarixçəsi aydın səbəblərə görə praktiki olaraq bütövlükdə qapalıdır. Məlumat azdır. Lakin məlum olanlar belə çox böyük maraq doğurur.

Minsk öz raket sistemi barədə təxminən 2007-ci ildə düşünüb. Həmin vaxt Moskva “İsgəndər” operativ-taktiki raket komplekslərinin Minskə verilməsindən imtina etdi.

Rəsmi açıqlama:

- komplekslər onları hətta yaxın müttəfiqlərə hədiyyə vermək üçün belə çox bahadırlar;

- prioritet öz qoşunlarının təchizatıdır, ixrac deyil;

- Rusiya hərbi sənaye kompleksinin istehsal imkanları nəzərə alınan prespektivdə daxili tələbatların ödənilməsinə izn verməyəcək, bu səbəbdən sistemin ixracı barədə danışmaq hələ tezdir.


Qeyri-rəsmi açıqlama:

- texnoloji məlumatların ötürülməsi və ya “İsgəndər”lərə üçüncü ölkələr, xüsusən Çinin sanksiyalaşdırılmamış icazəsinə yol verilməsi;

- nəzəriyyədə milli ordunun imkanlarını əhəmiyyəti dərəcədə artıran və bunun nəticəsi olaraq Belarusun Rusiyadan siyasi asılılıq səviyyəsini aşağı saxlan silahın Minskə satılmasına istəyin olmaması.


Kremlin bu yanaşmasına cavab isə milli raket proqramı oldu.

Ölkədə nəinki raket sənayesi, hətta bu istiqamətdə işləyə biləcək mühəndis mərkəzi belə yox idi. Mütəxəssislər bütün ölkədən yığıldı. Söhbət Sovet dövründə raket texnologiyaları istiqaməti üzrə peşəkar təhsil alan şəxslərdən gedir.

2013-cü ildə Belarus və Çin uzun müddət davam edən danışıqlardan sonra “Polonez” reaktiv yaylım atəşi sisteminin yaradılması barədə razılıq əldə edildi. Çinin iştirakının formatı (texnologiyaların tam ötürülməsindən birgə istehsala qədər) diskussiya mövzusu olmağa açıqdır. Lakin Belarus tərəfi xarici amillərdən asılılığı aşağı salmaq üçün istehsalı maksimal dərəcədə lokallaşdırmağa çalışır. Təbii ki, döyüş sursatları üzrə bunu etmək çox çətindir. Lakin bu istiqamətdə fəaliyyət var. Bu məsələdə də çinlilərin köməyi ilə.

İndi isə əlləri izləyək

“Polonez” reaktiv yaylım atəşi sistemi ictiamiyyətə ilk dəfə 2015-ci ilin 9 May hərbi maradında nümayiş etdirildi. Mayın 10-12-də Çin lideri Si Tsinpin Minskə 3 günlük səfər həyata keçirdi. Danışıqlar çərçivəsində Aleksandr Lukaşenko xüsusilə hərbi-texniki əməkdaşlıq sahəsində Belarus-Çin əməkdaşlığını fərqləndirdi.

3 noyabr 2015-ci ildə Aleksandr Lukaşenko “Dəqiq elektromexanika zavodu” republika unitar istehsal müəssisəsinə baş çəkdi. Bu müəssisə “Polonez”lərin rəsmi hazırlayıcı və istehsalçısıdır. Səfərdə Belarus rəhbərinə mövcud ehtiyatlardan zenit raketlərinin mühərriklərinin sınaqdan keçirilməsi üçün stend nümayiş etdirildi və bəyan edildi ki, bu, zenit və taktiki raketlər üçün şəxsi mühərriklərin yaradılmasının istehsalına doğru atılan addımdır. Aleksandr Lukaşenko layihənin dəstəklənəcəyinə dair zəmanət verdi.

Noyabrın 28-də isə Minskə planlaşdırılmadan Azərbaycan prezidenti İlham Əliyev səfər etdi. İki ölkənin rəhbərləri digər şəxslərin əhatəsində hərbi-texniki sahədə əməkdaşlığı müzakirə etdilər.

  16 iyun 2016-cı ildə Aleksandr Lukaşenko Belarusda (öncəki atışlar Çin ərazisində baş tutumuşdu) “Polonez” reaktiv yaylım atəşi sisteminin uğurla sınaqdan keçdiyi barədə məlumat verdi. Belarus lideri bu hadisəni Belarusun milli təhlükəsizliyi üçün xoşbəxt gün adlandırdı. O həmçinin yeni silahların o qədər də böyük olmayan maliyyələşdirmə nəticəsində həyata keçirildiyini açıqladı.

2016-cı ilin avqust ayında “Polonez” rekativ yaylım atəşi sistemi artıq Belarus milli ordusunun silahlanmasına qəbul edildi.

2016-cı ilin sentyabr ayı Belarus üçün Azərbaycan ayı oldu. Sentyabrın 20-23-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Belarus Milli Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas Bakıda səfərdə oldu. Tərəflər arasında hərbi sahədə iki ölkənin hərbi, xüsusilə hərbi-texniki əlaqələrinin inkişafı müzakirə edildi.

Ardınca sentyabrın 27-30-da Bakıda keçirilən ADEX-2016 beynəlxalq müdafiə sərgisində ilk dəfə “Polonez” ölkə xaricində nümayiş etdirildi. Həmçinin maket deyil, “canlı” halda. Elə orada Belarusun maksimal tətbiq məsafəsi 300 kilometr təşkil edən raketlərə malik olduğu elan edildi. Həmçinin Belarus nümayəndə heyəti Türkiyə və Pekistanla yanaşı Azərbaycan prezidenti İlham Əliyevin şəxsən qəbul etdiyi üç ölkədən biri oldu.

2017-ci iliyn may ayında Minskdə keçirilən “Milex-2017” beynəlxalq sərgisi çərçivəsində “Polonez”in prespektivli məhvetmə vasitəsi qismində Çin istehsalı olan M20 raketləri təqdim edildi. Elan edilən məsafə 280 kilometr idi. Döyüş hissəsinin çəkisi 480 kiloqram təşkil edirdi. Döyüş hissəsi qəlbə-fuqas, fuqas, kinetik, qəlpəvari-zirehdələn kasetdir. Raket kompinə edilmiş idarəetmə sistemi (inersual/peykdən) ilə yüklənilir. M20 rəqibin HHM/RƏM kompleksinin aşılması üçün manevr etmək qabiliyyətinə sahibdir. “Polonez”in atəş qurğusu üzərundə 2 ədəd M20 raketinin nəqliayyat-atəş konteynerlərində yerləşdirilməsi imkanı təxmin edilir.

O cümlədən qeyri-rəsmi mənbələrin mövqeyi bir neçə hissəyə bölündü:

- M20-lərin Belarusa təchizatı ya artıq həll edilmiş, ya da yüksək səviyyədə həll edilməyə hazır məsələdir. M20 raketlərinin istehsalının lokallaşması halında onun bazasında tətbiq məsafəsi 400 kilometr və daha artıq olan “yer-yer” tipli şəxsi raketlər yaratmaq mümkündür;

- “Polonez” reaktiv yaylm atəşi sistemində tətbiq məsafəsi 300 kilometr olan raketlərin inteqrasiyası bitib;

- “Polonez”in xaricə ixracı üzrə artıq ən azı bir sifarişçi var, lakin onun alıcısı açıqlanmır.


8 oktyabr 2017-ci ildə - bazar günü Minskə Azərbaycanın müdafiə naziri Zakir Həsənov gəldi. Rəsmi Azərbaycan mənbələrinin verdiyi məlumata görə, “...Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə sənayesi müəssisələrinə baş çəkib”. Məhz belə: bir konkret müəssisə. Orada Azərbaycan nümayəndə heyəti Belarusda istehsal olunan döyüş texnikası və hərbi təyiantlı digər məhsullar ilə tanış oldu, həmçinin Azərbaycan ordusunun döyüş gücünü artırmağa qadir silah və hərbi texnikalarla maraqlandılar. Buna adətən olaraq Azərbaycan müdafiə nazirinin “Polonez”in fonunda görüntüsü əlavə edilir. Artıq 26 oktyabr 2017-ci ildə Belarusda “Polonez” üçün tətbiq məsafəsi 300 kilometr olan yeni raketlərin uğurlu sınaqları baş tutdu.

Azərbaycan “izi”

“Polonez” reaktiv yaylım atəşi sisteminin yaradılmasında Çin izi barəsində hər şey şəffafdır. Əgər layihənin bütün tarixinə nəzər salsaq, təəccübləndirici mənzərə alınır: “Polonez”in inkişafında dönüş məqamlarıın əksəriyyəti Azərbaycan və Belarus arasında əlaqələrin baş tutmasından sonra gerçəkləşirdi. Buna uyğun olaraq “Polonez”in inkişaf hekayəsində çinlilər və belarusluların “qulaq”ları ilə yanaşı Azərbacanın da “qulaq”ları görünür.

Öz ehtimalımı səsləndirəcəm və bu, sərt şəkildə əminliyə çox yaxın olan mövqedir: Bakı bu layihənin ilk mərhələsində iştirak edərək əsas maliyyəçi rolunu oynadı. Lukaşenkonun xoş məramı da bundan qaynaqlanır: raket ucuz başa gəldi. Belarus ucuz vəsait ödədi, çünki əsas maliyyə yatırımlarını Azərbaycan etdi.

Buna görə də Bakının “Polonez”i alması deyil, ümumi layihəyə etdiyi yatırıma görə əldə etməsindən danışmaq daha düzgün olar. Əlbəttə, Belarusdakı istehsal meydançası məhsula görə ödəniş əldə edəcək. Lakin bu, ixrac deyil, daxili qiymət olacaq.

Bəs İrəvanla Moskva?

Məlum səbəblərə görə, İrəvanda Bakıda “Polonez”lərin peyda olması prespektivlərinə şad deyillər. Ermənistan bundan sonra bütün ərazisinin atəşə tutlması mümkün olan ərazisinə görə kiçik bir dövlətdir. Bu, onlar üçün sadəcə ölüm-dirim məsələsidir.

Böyük ehtimalla Rusiya da özü üçün ənənəvi olan bazarda yeni rəqibə şad deyil. Həmçinin Belarus-Rusiya münasibətlərində dərin böhran var. Moskvada Belarus hökumətini qanında boğmaq istəyi yarana bilər.

Belarus və Azərbaycan “Polonez”lərin təchizatı ilə beynəlxalq hüquq normalarını pozmur. Moskva üçün formal olaraq Bakı və Minsk dost paytaxtlardır. “Polonez”lərin texnoloji istehsalı nə Rusiya, nə də Ermənistandan asılı deyil. Razılaşmanı dayandırmaq imkanı nə Rusiya, nə də Ermənistanda yoxdur. Yalnız KTMT çərçivəsində siyasi ümumuyğunluq və ittifaq ruhuna istinad etmək qalır.

Lakin sonuncusu ümumiyyətlə gülməli olmayan lətifədir.

Andrey Porotnikov, belaruslu politoloq, təhlükəsizlik problemləri üzrə mütəxəssis, “Belarus Security Blog” analitik mərkəzinin rəhbəri, xüsusi olaraq Ordu.az üçün
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu