Qaynar xətt:

(+99450) 247 90 86

Hollandiya Ukraynanın xeyrinə 18 "Leopard" tankı almaq istəyir

Hollandiya Ukraynanın xeyrinə 18 \\\"Leopard\\\" tankı almaq istəyir

HƏRBİ

586

25.01.2023, 11:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hollandiya Almaniyadan aldığı   18 ədəd "Leopard 2" tankını geri ala və tank koalisiyasının bir hissəsi olaraq Ukraynaya verə bilər.

 

Oxu24.com xarici mediaya  istinadən  xəbər  verir  ki, bunu “Frankfurte Allgemeine Zeitung” qəzetinə müsahibəsində Hollandiyanın baş naziri Mark Rutte deyib.

 

“Biz onları icarəyə götürmüşük, yəni biz onları ala bilərik, aldıqdan sonra onu Ukraynaya  pulsuz  da verə bilərik”, deyə o bildirib.


Ukraynanın Qərb tanklarına ehtiyacı olduğunu anladığını vurğulayan Rutte eyni zamanda əlavə edib ki, belə bir addım ancaq Finlandiya və Portuqaliya kimi digər ölkələrlə koordinasiyada məna kəsb edir.

Daha əvvəl xəbər verildiyi kimi, Almaniya kansleri Olaf Şolz uzun  müzakirələrdən sonra Ukraynaya "Leopard 2" döyüş tankları tədarük etmək qərarına gəlib.

 

Tərcümə: Nigar