Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya  Polşaya "Leopardı" Ukraynaya tədarük etməyə icazə verdi

Almaniya  Polşaya \\\"Leopardı\\\" Ukraynaya tədarük etməyə icazə verdi

HƏRBİ

583

23.01.2023, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniya Polşanın Ukraynaya Almaniya istehsalı olan "Leopard 2" tanklarını tədarük etməsinə mane olmayacaq.

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir   ki,  bunu   Almaniyanın xarici işlər naziri Annalena Berbok Varşavanın Berlinin icazəsi olmadan tankları tədarük edəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.


"Hazırda sual verilməyib, lakin bizə verilsəydi, biz maneə törətməzdik", -  deyə  Reuters agentliyi Burbokdan   sitat gətirib.

Ötən gün Ukraynanın qərbli müttəfiqlərinin Almaniyadakı Ramşteyn bazasında keçirilən toplantısının iştirakçıları Kiyevə əraziləri azad etmək üçün lazım olan “Leopard 2” tanklarının tədarükü ilə bağlı qərarla razılaşa bilməyiblər.

Mənbələrin bildirdiyinə görə, ehtiyatlı davranan Almaniya kansleri Olaf Şolzun mövqeyi əsas maneəyə çevrilib. Bəzi mənbələrə görə, o, ABŞ öz Abramlarını Ukraynaya göndərərsə, o, tankların tədarükünə icazə verməyə hazırdır.

Polşa, Finlandiya və bəzi digər ölkələr artıq Ukraynaya öz "Leopard 2"-lərini verməyə hazır olduqlarını bildiriblər, lakin bunun üçün istehsalçı ölkə kimi Almaniyanın razılığı lazımdır. Polşa, ABŞ və Böyük Britaniya hakimiyyəti dəfələrlə Berlini bilavasitə öz tanklarını Ukraynaya tədarük etməyə icazə verməyə çağırıb.

 

Tərcümə: Miri Məcidli