Qaynar xətt:

(+99450) 247 90 86

Böyük Britaniya Ukraynaya daha 600 Brimstone raketi göndərəcək

Böyük Britaniya Ukraynaya daha 600 Brimstone raketi göndərəcək

HƏRBİ

502

19.01.2023, 21:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə daha 600 Brimstone dəqiq idarəolunan raketin təhvil verildiyini açıqlayıb,

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Reuters yazıb.

Uolles Estoniyada ölkələrin  müdafiə nazirləri ilə görüşdə deyib: "Mən sizə deyə bilərəm ki, biz daha 600 Brimstone raketini əməliyyatlar meydanına göndərəcəyik. Onlar Ukraynaya döyüş meydanında hökmranlıq etməyə kömək edəcəklər".

Dekabrın ortalarında Britaniya hakimiyyət orqanları artıq Ukraynaya Brimstone-2 raketlərinin bir partiyasını göndərdiklərini açıqlamışdı. Baş nazir Rishi Sunak bildirib  ki, 2023-cü ildə Böyük Britaniya Ukraynaya yardımın həcmini artıra bilər. Nəticədə yanvarın 14-də Böyük Britaniyanın hakimiyyət orqanları 12 “Challenger 2” tankının Kiyevə təhvil verildiyini açıqlamışdı.

Eyni zamanda  ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Patrik Sanders bildirib  ki, tankların Kiyevə verilməsi Britaniya ordusunu zəiflədəcək.

 

Tərcümə: Miri Məcidli