Qaynar xətt:

(+99450) 247 90 86

F-16A qırıcısı ilə bağlı məxfi sənəd yayıldı - VİDEO

F-16A qırıcısı ilə bağlı məxfi sənəd yayıldı - VİDEO

HƏRBİ

543

18.01.2023, 13:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnternetdə onlayn oyun  zamanı  bir oyunçu Amerikanın F-16A  qırıcısı haqqında məxfi məlumatı yayımlayıb.

Oxu24.com xarici  mediaya  istinadən  xəbər  verir  ki, F-16 ilə bağlı  sızma həqiqi hərbi texnika nümunələrinin yenidən yaradıldığı onlayn oyunun fan forumunda baş verib. 
Oyunçu F-16A qırıcısı ilə bağlı məxfi məlumatları açıqlayıb

Oyunda görünən F-16A-nı müzakirə edən istifadəçilərdən biri mübahisədə qalib gəlmək üçün Pentaqonun məxfi sənədlərini yerləşdirib. Bu sənəddə  qırıcının hansı raketlərdən və necə istifadə etməsindən bəhs edilib.

Oyunçu bu sənədləri haradan əldə etməsi barədə  ABŞ prokurorluğu araşdırmaya başlayıb.Axı onlara daxil olmaq üçün ABŞ hökumətindən icazə almaq lazımdır. Artıq sənədlər moderator tərəfindən forumdan çıxarılıb.

Bu, hərbi sənədlərin ilk sızması deyil. Keçən il eyni forumda Çindən olan bir istifadəçi tank mərmisi üçün gizli sxem yerləşdirmişdi. O, onlayn mübahisədə qalib gəldi, lakin Çin hərbi müstəntiqləri ilə danışdıqdan sonra bu oyunçunun taleyi hələ də məlum deyil.

 

Tərcümə: Miri Məcidli