Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
08 Oktyabr 2026, 14:46
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
606
17.01.2023, 14:34
Hollandiya Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərəcək.
Oxu24.com De Telegraaf -a istinadən xəbər verir ki, bu haqda baş nazir Mark Rutte ABŞ prezidenti Co Baydenlə görüşdə bildirib,
“Biz Almaniya və ABŞ-ın təşəbbüsünə qoşulmaq və Ukraynaya “Patriot” göndərmək niyyətindəyik. Söhbət bir neçə hava hücumundan müdafiə sistemindən gedir və Kiyevin onları nə vaxt alacağı hələlik məlum deyil. Rutte bunu Almaniya kansleri Olaf Şolzla telefonda müzakirə etdiyini bildirib. Bazar ertəsi də o, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
Hollandiyanın Almaniya və ABŞ ilə birlikdə Patriot sistemlərini Ukraynaya ötürməyi nəzərdən keçirməsi faktı daha əvvəl Bloomberg agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər vermişdi. Onların sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək.
ABŞ və Almaniya iki Patriot akkumulyatorunun Ukraynaya təhvil verildiyini daha əvvəl elan etmişdilər. Komplekslər Rusiyanın qanadlı və ballistik raketlərindən müdafiə etməyə imkan verəcək.
Ukrayna hərbçiləri lazımi təlim keçmək üçün artıq ABŞ-a gdib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, “Patriot”un mənimsənilməsi bir neçə ay çəkəcək.
Öz növbəsində, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak hava hücumundan müdafiə sistemlərinin yazda döyüşlərə cəlb olunacağını bildirib.
Tərcümə: Miri Məcidli
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.