Müdafiə Nazirliyindən məlumat YAYDI
16 Oktyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
357
05.11.2022, 08:08
“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.
Oxu24.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc edilən “44 günə fəth olunan zəfər zirvəsi” adlı məqaləsində yer alıb.
“Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaşın fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin piar kampaniyası aparılır, Dağlıq Qarabağ münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı. Lakin düşmən döyüş meydanında olduğu kimi informasiya mübarizəsi sahəsində də uğursuzluğa düçar olub”, - DTX rəisi əlavə edib.
14:35 / 17 Oktyabr 2026
58
14:30 / 17 Oktyabr 2026
54
14:23 / 17 Oktyabr 2026
359
14:15 / 17 Oktyabr 2026
55
13:55 / 17 Oktyabr 2026
68
13:47 / 17 Oktyabr 2026
166
13:45 / 17 Oktyabr 2026
72
13:40 / 17 Oktyabr 2026
109
13:31 / 17 Oktyabr 2026
84
13:30 / 17 Oktyabr 2026
75
13:25 / 17 Oktyabr 2026
89
13:16 / 17 Oktyabr 2026
149
13:15 / 17 Oktyabr 2026
99
12:55 / 17 Oktyabr 2026
166
12:39 / 17 Oktyabr 2026
591
12:28 / 17 Oktyabr 2026
346
12:22 / 17 Oktyabr 2026
153
12:10 / 17 Oktyabr 2026
180
12:00 / 17 Oktyabr 2026
105
11:54 / 17 Oktyabr 2026
80
11:50 / 17 Oktyabr 2026
1410
11:48 / 17 Oktyabr 2026
79
11:37 / 17 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.