Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72022
az

Dastana dönən Xudayarın doğum günüdür - VİDEO

13:2515 İyul, 2022
198
HƏRBİ
  • A

OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan Xudayar Yusifzadə oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. 

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

Tovuz döyüşlərindən sonra könüllü olaraq Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. 

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər