Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71789
az

RƏSMİ XƏBƏR: Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb

09:5806 İyul, 2022
869
  • A
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər. Təlim toplanışı iyulun 23-dək davam edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu