Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44161
az

Ermənilərin xain Şuşa və Hadrut planı - Əsas hədəflər bəlli oldu...

15:2014 Dekabr, 2020
543
  • A

“Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz”.

Bu sözləri Redaktor.az-a politoloq Ərəstun Oruclu deyib. O bildirib ki, məsələ başqa cürdür və baş verənlər 2 mühüm hədəfə yönəlib:

“1. Hələ sovet dövründən Hadrut rayonu ərazisində mövcud olmuş radioelektron mübarizə stansiyasına nəzarəti qaytarmaq;

2. Şuşanı mühasirəyə salmaq.

Hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Belə ki, Hadrut ərazisində yerləşən stansiya (daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi) həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir.

Şuşanın strateji əhəmiyyəti də bəllidir: Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır. Bu qədər sadə.

Ərəstun Oruclu ABŞ -a köçdü

Amma belə bir iddialar ermənilərin gücü çərçivəsində təmin oluna bilməz və qismən onların hədəfi də deyil. Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir.

Ermənilər isə həmişə olduğu kimi, bu məsələdə də alət rolunu oynayırlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib