Şəhidliyindən cəmi 2 gün əvvəl ata olacağını öyrənmişdi...
14 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
7464
04.12.2020, 16:07
Onlar Neftçalanın Şorkənd kəndində doğulublar...Əkiz qardaşlar...Xəlil və Cəlil Cəfərovlar...
Bu gün sizə Vətən savaşının iki qəhrəmanı, biri qazi digəri isə şəhid olan 22 yaşlı Cəfərov qardaşlarınının həyat hekayəsini təqdim edəcəyik....
Xəlil və Cəlil Sulduz Cəfərovun üç oglundan ikisidir...Əkiz qardaşların özlərindən başqa bir qardaşları da var..Ataları usta, anaları Elnarə xanım isə evdar qadındır..Qardaşlar orta təhsili Salyan şəhərinidə yerləşən 3 nömrəli məktəbdə alıblar..Uşaqlıqdan güləş ilə məşğul olublar..Müxtəlif güləş yarışlarında iştirak edərək, qələbələr qazanıblar.
Analarının sözlərinə görə, dərslərdən tez tez qaçan əkizlər müxtəlif hərbi yarışlara maraq göstəriblər.. Qardaşlar Lap uşaq yaşdan hərbçi olmaq arzusunda olublar. Hətta tez tez taxtadan avtomat yonaraq Qarabağı azad etmək xəyalını qurublar. Məktəbi başa vurub hərbi xidmətə yollanan qəhrəmanlarımız, Sərhəd Qoşunlarında vətənə borclarını ödəyiblər. Hərbi xidməti başa vurmalarına baxmayaraq Müddətdən Artıq Hərbçi kimi ordu siralarında fəaliyyətlərini davam ediblər. Burada isə onların əsas məqsədi kəşfiyyatçı kimi çalışmaq olub...Bəli hərbçi sənətinin ən təhlükəli istiqaməti məhz kəşfiyyatçı kimi xidmət etməkdir..Uzun cəhdlərdən sonra komandanlıq onların arzusunu reallaşdırıb..Komandirləri Cəfərov qardaşlarının kəşfiyyatçı fəaliyyəti qarşısında yaşıl işıq yandırıb..Düşmən arxasında fəaliyyət...Hər anında ölüm qorxusu olan kəşfiyyat...
27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ savaşı Cəfərov qardaşları üçün həm çağırış, həm də çoxdan gözlənilən bir şans idi...uşaqlıqdan arzulanan Qarabağı azad etmək istəyi və milliətimizin qisasını almaq....İlk günlərdən döyüşlərin ən qaynar nöqtələrində olan Neftçalalı igidlər , 16 oktyabrda Ağdərənin Tonaşen kəndi istiqamətinə kəşfiyyata yola düşürlər..Onların kəşfiyyat qrupunu ermənilər şiddətli atəşlə qarşılayır..Döyüş zamanı Xəlil snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Bütün cəhdlərə baxmayaraq onun cəsədini döyüş meydanından çıxarmaq mümkün olmur. Qardaşının ölüm xəbərini məğrur qarşılayan Cəlil qəti olaraq bildirir...Vətən Sağolsun..Bu günlərdə mən bir yox 17 qardaşımı itirmişəm..Sona kimi döyüşəcəyik...
Xəlilin ölümündən sonra Cəlil atasına zəng edərək yalnız qardaşının cəsədini döyüş meydanından götürəndən sonra geri qayıdacağını bildirir..Şəhid Cəlilin cəsədi Ağdərə istiqamətində 30 gündən sonra tapılaraq, doğulduğu Neftçalaya gətirilir...
Qardaşını dəfn edəndən sonra Cəlil xidmətini davam etdirmək üçün Şuşaya yola düşür.
Əsl qəhrəmanlıq və gələcək nəsillər üçün örnək ola biləcək həyat hekayəsi...Haqqında bədii filmlər çəkiləcək bir döyüş yolu...Cəfərov qardaşları tarix yazdılar...Biri Şəhid, digəri Qazi kimi....Qələbəniz mübarək!!!
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.